QR CodeQR Code

Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb

4 Apr 2014 12:03

IslamTimes - Rusiya Müdafiə Nazirliyi ölkənin NATO yanında baş hərbi nümayəndəsi general-polkovnik V.Yevneviçi məsləhətləşmələr üçün Moskvaya çağırıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 3-də Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.
 
“Vəziyyətin süni gərginləşdirilməsi bizim seçimimiz deyil. Buna baxmayaraq, biz NATO ilə əməkdaşlığı davam etdirməyə mümkünsüz olduğunu görürük”, deyə Antonov vurğulayıb.
 
“Alyansla hərbi sahədə gələcək təmaslarımızı tərəfdaşlarımızın atacaq əməli addımlarına uyğun  quracağıq”, deyə o əlavə edib.  
 
Antonov qeyd edib ki, NATO ölkələrinin Rusiya ilə hərbi və mülki əməkdaşlığa son qoymaq qərarı çoxillik işin nəticələrini sıfıra endirib.
 
Xatırladaq ki, NATO Krım məsələsinə görə Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırmağa qərar verib.


Story Code: 368925

News Link :
https://www.islamtimes.org/az/news/368925/moskva-rusiyanın-nato-yanında-hərbi-nümayəndəsini-geri-çağırıb

Islam Times
  https://www.islamtimes.org