0
Friday 4 April 2014 - 12:03

Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb

Story Code : 368925
Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 3-də Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.
 
“Vəziyyətin süni gərginləşdirilməsi bizim seçimimiz deyil. Buna baxmayaraq, biz NATO ilə əməkdaşlığı davam etdirməyə mümkünsüz olduğunu görürük”, deyə Antonov vurğulayıb.
 
“Alyansla hərbi sahədə gələcək təmaslarımızı tərəfdaşlarımızın atacaq əməli addımlarına uyğun  quracağıq”, deyə o əlavə edib.  
 
Antonov qeyd edib ki, NATO ölkələrinin Rusiya ilə hərbi və mülki əməkdaşlığa son qoymaq qərarı çoxillik işin nəticələrini sıfıra endirib.
 
Xatırladaq ki, NATO Krım məsələsinə görə Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırmağa qərar verib.
Comment