QR CodeQR Code

Donetskdə rusiyameylli etirazçılar “xalq ordusu” yaratmağı qərara alıb

11 Apr 2014 11:04

IslamTimes - Donetskdə vilayət administrasiyasının inzibati binasını ələ keçirən rusiyameylli etirazçılar “xalq ordusu” yaratmağı qərara alıblar.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 7-də elan olunan “Donetsk xalq respublikasının” liderlərindən biri olan Denis Puşilin keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bu gündən xalq ordusunun yaradıldığını və onun formalaşdırılmasına artıq başlandığını elan edirik”, deyə o qeyd edib. Onun sözlərinə görə, “ordu komandanı” İqor Kakidzyanov təyin olunacaq.
Puşilinin sözlərinə görə, ordu “Donetsk xalq respublikasının” xalqının və “respublikanın” ərazi bütövlüyünün mühafizəsinin təmin etmək üçün gərəkdir.


Story Code: 371656

News Link :
https://www.islamtimes.org/az/news/371656/donetskdə-rusiyameylli-etirazçılar-xalq-ordusu-yaratmağı-qərara-alıb

Islam Times
  https://www.islamtimes.org