QR CodeQR Code

Azərbaycanda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırılıb

16 Sep 2010 05:17

IslamTimes - Ötən gün Nardaran qəsəbəsində ABŞ-da “Qurani-Kərim”in təhqir olunmasına etiraz olaraq mitinq keçirilib


APA-nın xəbərinə görə, kənd sakini Hacı Əli Hüseynov dünyada sionizmin təhriki ilə İslam dininə qarşı kampaniya aparıldığını deyib. O bildirib ki, ABŞ demokratiya pərdəsi altında bəşəriyyətə qarşı cinayətlərinin sayını artırıb.
Nardaran kənd məscidinin Axundu Hacı Nuhbala isə qeyd edib ki, “Quran”ın cırılması müsəlmanları tapdalamaq deməkdir. O, dünya müsəlmanlarını ABŞ-a və beynəlxalq sionizmə qarşı mübarizəyə çağırıb: “Bütün bunlar onu göstərdi ki, müsəlmanın müsəlmandan başqa dostu yoxdur”.
Aksiyada “ABŞ-a ölüm!”, “İsrailə və onun müttəfiqlərinə ölüm!”, “Quran”ı yandıranlarla, onun yandırılmasına fitva verənlərə ölüm!”, “Xəyanət, xəyanət, Salman Rüşdiyyə lənət!“, “Ağ Ev dağılsın!”, ““Hizbullah” oyaqdır, “Qurani-Kərim”ə dayaqdır!” şüarları səsləndirilib.
Sonda İsrail, Böyük Britaniya, ABŞ bayraqları yandırılıb.


Story Code: 37244

News Link :
https://www.islamtimes.org/az/news/37244/azərbaycanda-abş-israil-və-böyük-britaniyanın-bayraqları-yandırılıb

Islam Times
  https://www.islamtimes.org