QR CodeQR Code

Olland "erməni soyqırımını" yad edəcək

22 Apr 2014 16:29

IslamTimes - Fransanın paytaxtı Parisdə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə rəsmi mərasim təşkil ediləcək.


Kanada meydanında Komusatunun abidəsinin yanında təşkil olunacaq mərasim 24 apreldə saat 19.00-da keçiriləcək.
Erməni lobbisinin təsiri altında olan Fransanın prezidenti Fransua Olland da bu mərasimə qatılacaq. Ermənilər Olandın bu mərasimdə iştirakını yüksək qiymətləndirirlər və ermənipərəst prezidentin bu addımını dünya ictimaiyyətinin nəzərində "məzlum" ermənilərin müdafiəsi kimi təqdim edirlər.
Ermənilərin yaydığı müraciətdə deyilir: "Fransua Ollandın Suriyanın ermənilərin məskunlaşdığı Kesab qəsəbəsində etnik təmizlənmənin fonunda Ermənistana rəsmi səfəri, Türkiyə hakimiyyətinin "erməni soyqırımı"nı təkzib edən mövqeyinə əks reaksiyası kimi qəbul etmək olar. Bütün fransızları Komitas abidəsinin yanında təşkil ediləcək mərasimdə toplaşmağa çağırırıq" /ANS/.


Story Code: 375470

News Link :
https://www.islamtimes.org/az/news/375470/olland-erməni-soyqırımını-yad-edəcək

Islam Times
  https://www.islamtimes.org