QR CodeQR Code

Rəşad Ramazanov aclıq aksiyasına başlayıb

Hicab.org , 22 Apr 2014 17:09

Islamtimes - Dindar bloqçu Rəşad Ramazanov aprelin 21-də həyat yoldaşı Könül İsmayılova ilə telefon əlaqəsi saxlayıb.


Könül İsmayılova “Media forum” saytına deyib ki, Rəşad Ramazanov ona aprelin 20-dən 2 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını və bununla “Nida”çı gənclərlə həmrəy olduğunu bildirib: “Rəşadın ağ ciyəri xəstədir, mənim etirazıma baxmayaraq bu addımı atmaqda israrlıdır”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Aksiyaya səbəb aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının təqsirləndirilənlərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəməsidir.


Story Code: 375478

News Link :
https://www.islamtimes.org/az/news/375478/rəşad-ramazanov-aclıq-aksiyasına-başlayıb

Islam Times
  https://www.islamtimes.org