0
Tuesday 22 April 2014 - 17:09

Rəşad Ramazanov aclıq aksiyasına başlayıb

Story Code : 375478
Rəşad Ramazanov aclıq aksiyasına başlayıb
Rəşad Ramazanov aclıq aksiyasına başlayıb
Könül İsmayılova “Media forum” saytına deyib ki, Rəşad Ramazanov ona aprelin 20-dən 2 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını və bununla “Nida”çı gənclərlə həmrəy olduğunu bildirib: “Rəşadın ağ ciyəri xəstədir, mənim etirazıma baxmayaraq bu addımı atmaqda israrlıdır”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Aksiyaya səbəb aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının təqsirləndirilənlərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəməsidir.
Source : Hicab.org
Comment