QR CodeQR Code

NATO Baltik dənizində manevrlərə başladı

23 Apr 2014 07:44

IslamTimes - Şimalı Atlantik Alyansının (NATO) 5 gəmisi Almaniyanın Kilya limanından çıxaraq hərbi manevrlərə başlayıb.


“Axar.az” xəbər verir ki, bu barədə NATO-nun dəniz əməliyyatları qərargahının rəis müavini Ariana Minderxuda bildirib. Onun sözlərinə görə, əsas məqsəd Baltikyanı ölkələrin təhlükəsizliyinin təminatına töhfə verməkdir:
”Niderland, Estoniya, Belçika, Norveç gəmiləri beynəlxalq sularda müəyyən tapşırıqlar yerinə yetirməli, Baltikyanı ölkələrin limanlarına girməlidirlər”. 
Xatırladaq ki, hələ bir müddət öncə NATO rəsmiləri bu təlimlərin müdafiə xarakteri daşıdığını vurğulamışdılar. Qurum Şurasının aprelin 16-da Brüsseldə keçirilən iclasında qərara alınmışdı ki, Ukrayna hadisələri ilə əlaqədar Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılsın.


Story Code: 375631

News Link :
https://www.islamtimes.org/az/news/375631/nato-baltik-dənizində-manevrlərə-başladı

Islam Times
  https://www.islamtimes.org