0
Wednesday 23 April 2014 - 07:44

NATO Baltik dənizində manevrlərə başladı

Story Code : 375631
NATO Baltik dənizində manevrlərə başladı
“Axar.az” xəbər verir ki, bu barədə NATO-nun dəniz əməliyyatları qərargahının rəis müavini Ariana Minderxuda bildirib. Onun sözlərinə görə, əsas məqsəd Baltikyanı ölkələrin təhlükəsizliyinin təminatına töhfə verməkdir:
”Niderland, Estoniya, Belçika, Norveç gəmiləri beynəlxalq sularda müəyyən tapşırıqlar yerinə yetirməli, Baltikyanı ölkələrin limanlarına girməlidirlər”. 
Xatırladaq ki, hələ bir müddət öncə NATO rəsmiləri bu təlimlərin müdafiə xarakteri daşıdığını vurğulamışdılar. Qurum Şurasının aprelin 16-da Brüsseldə keçirilən iclasında qərara alınmışdı ki, Ukrayna hadisələri ilə əlaqədar Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin qorunması istiqamətində müəyyən addımlar atılsın.
Comment