QR CodeQR Code

Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

26 Apr 2014 22:25

IslamTimes - Əfqanıstanda prezident seçkilərində namizədlər tələb olunan 50 faiz səsi toplamadığından ikinci tur keçiriləcək.


Bu gün aprelin beşində keçirilmiş səsvermənin ilkin nəticələri elan olunub. Məlumata görə, Əfqanıstanın keçmiş XİN rəhbəri Abdulla Abdulla 44,9% səs toplayıb, onun əsas rəqibi sabiq maliyyə naziri Əşrəf Qani isə seçicilərin 31,5 faizinin etimadını qazanıb.
Seçkilərin birinci turunun rəsmi nəticələri mayın 14-də, səsvermə zamanı pozuntular barədə müraciətlərə baxıldıqdan sonra elan olunacağı gözlənilir.
İlkin nəticələrdə dəyişiklərin olmayacağı təqdirdə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. /apa/


Story Code: 376742

News Link :
https://www.islamtimes.org/az/news/376742/əfqanıstanda-prezident-seçkilərinin-ikinci-turu-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org