0
Saturday 26 April 2014 - 22:25

Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Story Code : 376742
Əfqanıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Bu gün aprelin beşində keçirilmiş səsvermənin ilkin nəticələri elan olunub. Məlumata görə, Əfqanıstanın keçmiş XİN rəhbəri Abdulla Abdulla 44,9% səs toplayıb, onun əsas rəqibi sabiq maliyyə naziri Əşrəf Qani isə seçicilərin 31,5 faizinin etimadını qazanıb.
Seçkilərin birinci turunun rəsmi nəticələri mayın 14-də, səsvermə zamanı pozuntular barədə müraciətlərə baxıldıqdan sonra elan olunacağı gözlənilir.
İlkin nəticələrdə dəyişiklərin olmayacağı təqdirdə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. /apa/
Comment