QR CodeQR Code

Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb

2 May 2014 08:30

IslamTimes - Nigeriyanın paytaxtı Abuca yaxınlığında ötən gün törədilmiş partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb, daha 60 nəfər yaralanıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Nyanya rayonunda polis postu yaxınlığında baş verib. Terrorçular avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıblar.
Qeyd edək ki, 7-9 may tarixlərində Abucada Afrika üzrə Ümumdünya İqtisadi Forum keçiriləcək. Hakimiyyət qurumları güc strukturlarının üçün 6 minədək əməkdaşını təhlükəsizliyin təmin olunmasına cəlb etmək niyyətindədir.
Xatırladaq ki, aprelin 14-də Nigeriyanın paytaxtının qeyd olunan rayonunda terrorçular avtobus stansiyasında 2 partlayış törədiblər. Nəticədə 75 nəfər həlak olub.
Partlayışlara görə məsuliyyəti öz üzərinə “Boko Haram” radikal qruplaşma götürüb.


Story Code: 378426

News Link :
https://www.islamtimes.org/az/news/378426/nigeriyanın-paytaxtında-partlayış-nəticəsində-azı-19-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org