0
Friday 2 May 2014 - 08:30

Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb

Story Code : 378426
Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Nyanya rayonunda polis postu yaxınlığında baş verib. Terrorçular avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıblar.
Qeyd edək ki, 7-9 may tarixlərində Abucada Afrika üzrə Ümumdünya İqtisadi Forum keçiriləcək. Hakimiyyət qurumları güc strukturlarının üçün 6 minədək əməkdaşını təhlükəsizliyin təmin olunmasına cəlb etmək niyyətindədir.
Xatırladaq ki, aprelin 14-də Nigeriyanın paytaxtının qeyd olunan rayonunda terrorçular avtobus stansiyasında 2 partlayış törədiblər. Nəticədə 75 nəfər həlak olub.
Partlayışlara görə məsuliyyəti öz üzərinə “Boko Haram” radikal qruplaşma götürüb.
Comment