QR CodeQR Code

ABŞ Çin kibertəhlükəsinin artmasından narahatdır

20 May 2014 07:46

IslamTimes - Rəsmi Vaşinqton Çin kibertəhlükəsinin artmasından narahatlığını ifadə edib.


APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Cey Karni bəyan edib.
“Çində kompüter texnologiyaları vasitəsilə, yerli hökumətin dəstəyi ilə ticarət sirləri və biznes-məlumatlar oğurlanır. Bunu prezident Obama açıq şəkildə Çin rəsmilərinə bildirib. Buna baxmayaraq, biz həmişəki kimi, Çinlə konstruktiv əlaqələrin qurulmasında maraqlıyıq və bu kimi halların qarşısının alınması üçün birgə çalışmağa hazırıq”, - deyə Karni bildirib.
Bundan əvvəl, ÇXR Xarici işlər nazirliyi Çin hərbçilərinə qarşı kibercasusluq ittihamını rədd edib.


Story Code: 384305

News Link :
https://www.islamtimes.org/az/news/384305/abş-çin-kibertəhlükəsinin-artmasından-narahatdır

Islam Times
  https://www.islamtimes.org