QR CodeQR Code

Çin İran və Rusiyaya təhlükəsizlik ittifaqı yaradılmasını təklif edib

Islamtimes , 22 May 2014 12:05

İslamtimes - Çin prezidenti Si Jinpin İran və Rusiyanın iştirakı ilə təhlükəsizlik əməkdaşlığı məqsədi ilə yeni Asiya təşkilatının yaradılmasını təklif edib.


Si bu təklifi Çinin Şanxay şəhərində təşkil edilən Asiya Əməkdaşlıq Konfransının dördüncü sammitində çıxış edərək irəli sürüb.

Si İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi sammitdə çıxışı zamanı deyib: “Biz təhlükəsizlik əməkdaşlığını daha da gücləndirməli və yeni regional təhlükəsizlik strukturu yaratmalıyıq.”

Çin prezidenti deyib ki, Asiya xalqları cinayətlərə, kiber təhlükəsizliyə, enerji təhlükəsizliyinə, terrorizim və təbii fəlakətlər kimi mühüm problemləri bir yerdə həll etməlidirlər.

O deyib: “Bizim terrorizm, separatizim və ekstremzimə qarşı sıfır dərəcədə dözümlüyümüz olmalıdır və beynəlxalq əməkdaşlığı möhkəmləndirərək bu üç faktora qarşı mübarizəni gücləndirməliyik.”

Çin prezidenti həmçinin ABŞ-ın Asiyada hərbi mövcudluğuna qarşı xəbərdarlıq etmiş və demişdir: “Üçüncü tərəfə qarşı hərbi aliyans yaratmaq regionda təhlükəsizliyin qorunub saxlanılması üçün heç də düzgün yol deyil.”

Asiya əməkdaşlıq təşkilatı qrupunu 24 ölkə daxildir. Bunlara Əfqanıstan, Azərbaycan, Çin, Misir, Hindistan, İran, Kazaxstan, Qırğızıstan, Pakistan, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Doqquz ölkənin, o cümlədən BMT-də daxil olmaqla dörd beynəlxalq təşkilatın müşahidəçi status var.


Story Code: 385079

News Link :
https://www.islamtimes.org/az/news/385079/çin-iran-və-rusiyaya-təhlükəsizlik-ittifaqı-yaradılmasını-təklif-edib

Islam Times
  https://www.islamtimes.org