QR CodeQR Code

Sarkozi AB ölkələrini Şengen razılaşmasından imtina etməyə çağırdı

22 May 2014 18:23

IslamTimes - Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Avropa dövlətlərini Şengen zonasından imtina etməyə çağırıb.



O, bu barədə Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib. Sabiq prezident hesab edir ki, 1995-c ildən qüvvəyə minən Şengen razılaşmasının yenisi ilə əvəz edilməlidir. O bildirib ki, bu təcrübə Avropa Birliyini xilas edəcək. “Avropa Birliyi ölkələrindən Fransa və Almaniya bölgədəki iqtisadiyyata daha sıx təsir etmək imkanlarına malikdir. Bu məqsədlə o, frank-alman iqtisadi zonasının yaranmasını dəstəklədiyini bildirib. 
Qeyd edək ki, 1995-ci ildən qüvvəyə minən razılaşmaya əsasən, Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv edilib. Bu zonaya daxil olan ölkələrin əksəriyyəti Avropa Birliyi dövlətləridir. (modern.az)


Story Code: 385262

News Link :
https://www.islamtimes.org/az/news/385262/sarkozi-ab-ölkələrini-şengen-razılaşmasından-imtina-etməyə-çağırdı

Islam Times
  https://www.islamtimes.org