QR CodeQR Code

Abdel Fəttah əl-Sisi Misirdə prezident seçkilərinin qalibi olub

4 Jun 2014 10:27

IslamTimes - Misirin keçmiş müdafiə naziri, qanuni prezidenti hərbi çevrilişlə aradan götürən general Abdel Fəttah əl-Sisi ölkədə keçirilmiş prezident seçkilərinin qalibi olub.


APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatı Misirin Mərkəzi Seçki Komissiyası yayıb.   
Məlumata görə,  Abdel Fəttah əl-Sisi 96,91% səs toplayıb. Onun əsas rəqibi Həmdin Səbbahi isə seçicilərin 3,09 faizinin etimadını qazana bilib.
MSK-nın məlumatında həmçinin bildirilib ki, səsvermədə seçicilərin 47 faizi iştirak edib. İlkin məlumata görə, səsvermədə 25 milyonadək insan iştirak edib. 


Story Code: 388972

News Link :
https://www.islamtimes.org/az/news/388972/abdel-fəttah-əl-sisi-misirdə-prezident-seçkilərinin-qalibi-olub

Islam Times
  https://www.islamtimes.org