0
Wednesday 4 June 2014 - 10:27

Abdel Fəttah əl-Sisi Misirdə prezident seçkilərinin qalibi olub

Story Code : 388972
Abdel Fəttah əl-Sisi Misirdə prezident seçkilərinin qalibi olub
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatı Misirin Mərkəzi Seçki Komissiyası yayıb.   
Məlumata görə,  Abdel Fəttah əl-Sisi 96,91% səs toplayıb. Onun əsas rəqibi Həmdin Səbbahi isə seçicilərin 3,09 faizinin etimadını qazana bilib.
MSK-nın məlumatında həmçinin bildirilib ki, səsvermədə seçicilərin 47 faizi iştirak edib. İlkin məlumata görə, səsvermədə 25 milyonadək insan iştirak edib. 
Comment