QR CodeQR Code

Rusiya, Ukrayna və AB arasında qaza dair danışıqlar iyunun 11-nə keçirilib

11 Jun 2014 04:48

IslamTimes - Avropa Komissiyası, Rusiya və Ukrayna arasında qaza dair danışıqlar iyunun Rusiya nümayəndə heyətinin görüşə gecikməsi səbəbindən iyunun 11-nə keçirilib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir. 
Danışıqlar energetika məsələləri üzrə Avropa komissarı Günter Ettinger, Rusiyanın energetika naziri Aleksandr Novak və Ukraynanın energetika naziri Yuri Prodan arasında Brüsseldə iyunun 11-də səhər saatlarında baş tutacaq”, deyə məlumatda bildirilir.
Energetika məsələləri üzrə Avropa komissarının mətbuat katibi Sabina Berger, öz növbəsində, bildirib ki, üçtərəfli görüş səhər Bakı vaxtı ilə 11.30-da başlayacaq. “Bundan əvvəl ikitərəfli görüşlərin keçiriləcəyi istisna olunmur”, deyə o əlavə edib.  


Story Code: 390939

News Link :
https://www.islamtimes.org/az/news/390939/rusiya-ukrayna-və-ab-arasında-qaza-dair-danışıqlar-iyunun-11-nə-keçirilib

Islam Times
  https://www.islamtimes.org