QR CodeQR Code

Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub

13 Jun 2014 10:16

IslamTimes - Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında bu gün telefon danışığı olub.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğunu açıqlamayıb.  
“Ukrayna prezidenti ölkənin cənub-şərqindəki vəziyyətin nizamlanmasına dair planı barədə Vladimir Putini məlumatlandırıb”, deyə Peskov bildirib və əlavə edib ki, dövlət başçıları həmçinin ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə ediblər.
Bundan başqa, Peskovun sözlərinə görə, Poroşenko Putini Rusiya günü münasibəti ilə də təbrik edib. 


Story Code: 391624

News Link :
https://www.islamtimes.org/az/news/391624/ukrayna-və-rusiya-prezidentləri-arasında-telefon-danışığı-olub

Islam Times
  https://www.islamtimes.org