0
Friday 13 June 2014 - 10:16

Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub

Story Code : 391624
Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğunu açıqlamayıb.  
“Ukrayna prezidenti ölkənin cənub-şərqindəki vəziyyətin nizamlanmasına dair planı barədə Vladimir Putini məlumatlandırıb”, deyə Peskov bildirib və əlavə edib ki, dövlət başçıları həmçinin ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə ediblər.
Bundan başqa, Peskovun sözlərinə görə, Poroşenko Putini Rusiya günü münasibəti ilə də təbrik edib. 
Comment