QR CodeQR Code

Amerika “raket qalxanı” etibarsız vəziyyətdədir

19 Jun 2014 11:11

IslamTimes - ABŞ–ın 40 milyard dollar dəyərində olan “raket qalxanı” etibarsız vəziyyətdədir.


Axar.az məlumat verir ki, ABŞ raketdən müdafiə sisteminin (Ground-based Midcourse Defense system) proqram etibarlılığının çox şişirdildiyi bəlli olub.
Keçirilən test zamanı qəza və problemlər düşünüldüyündən də artıq baş verib. GMD 2004-cü ildən fəaliyyət göstərməyə başlayıb, 7 yoxlamadan beşi boşa çıxıb.
Qeyd edək ki, bu sistem raketləri İran və Şimali Koreya kimi hipotetik rəqiblərin qarşısını almaq üçün düşünülüb. Bir neçə gün sonra - iyunun 22-də yeni sınaq keçiriləcək. Nəticədə daha 14 raketin Amerika arsenalına daxil olub-olmayacağı bəlli olacaq. Hal-hazırda 30 belə raket var.


Story Code: 393331

News Link :
https://www.islamtimes.org/az/news/393331/amerika-raket-qalxanı-etibarsız-vəziyyətdədir

Islam Times
  https://www.islamtimes.org