QR CodeQR Code

DİN və MTN-dən əməliyyat: 20 vəhabi həbs olundu

20 Jun 2014 16:27

IslamTimes - Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan camedə əməliyyat keçirib.


"Musavat.com" hadisə yerində olan əməkdaşı Fərahim İlqaroğluna istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.
Onun sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərazidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.
"Musavat.com"un əməkdaşı bildirib ki, Səbail Rayon Polis İdarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən "tədbir”lə əlaqələndiriblər.


Story Code: 393741

News Link :
https://www.islamtimes.org/az/news/393741/din-və-mtn-dən-əməliyyat-20-vəhabi-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org