QR CodeQR Code

BƏƏS üzvləri Mosulda İŞİD terroristini edam edib

23 Jun 2014 11:55

IslamTimes - İŞİD Səddam Hüseyn rejiminin qalıqlarından olan BƏƏS-i ağır şəkildə intiqam alacağı ilə təhdid etdi.


"IslamTimes" "Fars" xəbər agnetliyinə istinadən xəbər verir ki, Səddam Hüseyn rejiminin qalıqlarından olan BƏƏS partiyası üzvləri İraqın Mosul şəhərində DAEŞ terror qruplaşmasının üzvlərindən birini edam edib. İŞİD bu günədək BƏƏS və onların rəhbəri olan İzzət əl-Duri ilə hazırkı İraq böhranında həmkarlıq etdiklərini dilə gətirmişdi. Amma buna baxmayaraq İŞİD-lə BƏƏS terror qrupu arasında olan ideoloji ixtilaflar səbəbindən onlar arasında bəzi məqamlarda ciddi qarşıdurmalar yaşanıb. İŞİD terror qruplaşması ötən gün yaydığı bəyanatda bildirib ki, BƏƏS üzvləri İŞİD terroristlərindən birini edam edib. Edama səbəb isə İŞİD üzvünün açıq-aşkar spirtli işçi qəbul edən BƏƏS üzvlərinə etiraz etməsi olub. İŞİD bu hadisədən sonra verdiyi bəyanatda bildirib ki, aşkar şəkildə spirtli içki qəbul edilməsi və İŞİD üzvünün edamı BƏƏS qruplaşmasının kafir olmasının dəlilidir.


Story Code: 394355

News Link :
https://www.islamtimes.org/az/news/394355/bəəs-üzvləri-mosulda-işid-terroristini-edam-edib

Islam Times
  https://www.islamtimes.org