QR CodeQR Code

İran İraqla sərhəddə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib

25 Jun 2014 21:00

IslamTimes - İran İraqla sərhəd ərazilərindəki ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.


APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran Quru Qoşunları komandanının koordinasiya məsələləri üzrə müavini, general-mayor Əli Arastə açıqlama verib. O bildirib ki, İran Quru Qoşunlarının komandanlığı bir sıra tədbirlər həyata keçirərək ölkənin qərb və cənub-qərbində tam hazır vəziyyətdə dayanıb: “İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri son vaxtlar İraqın bir sıra bölgələri, o cümlədən Mosulda irəliləyərək həmin ərazilərin bəzi hissələrini işğal ediblər. Lakin bu silahlı qruplaşma ilə mübarizənin vacibliyinə dair alimlərin çağırışından sonra İraq Silahlı Qüvvələri ilə yanaşı, könüllü dəstələr də İŞİD-ə qarşı irimiqyaslı hücumlara başlayıb”.


Story Code: 395102

News Link :
https://www.islamtimes.org/az/news/395102/iran-iraqla-sərhəddə-ordusunu-döyüş-hazırlığı-vəziyyətinə-gətirib

Islam Times
  https://www.islamtimes.org