QR CodeQR Code

Ukraynadan “müsəlmanlar”a dərs

9 Oct 2010 13:16

IslamTimes - Ukraynda yeni dress-kod tətbiq edilib. Bu qərara əsasən məmurlar ciddi və rəsmi geyinməlidirlər. Bu ölkədə açıq-saçıq geyimlərlə rəsmi görüşlərə qatılmaq qadağan olunur!


Məmur, dövlət rəsmisi, rəsmi görüşlərə qatılan insan necə geyinməlidir? Cəmiyyət, rəsmiləri ciddi geyimdə görmək istəyir, şübhəsiz! Müsəlman ölkələrində xüsusilə qadınların açıq-saçıq geyimdə rəsmi görüşlərə qatılması normal qarşılanmır. Bu istiqamətdə addım atan isə Ukrayna oldu!
Ukrayna höküməti yeni dress-kod tətbiq edib. Bu qərara əsasən məmur ciddi və rəsmi geyinməlidir. Skeptiklər bu addımın Yuliya Timoşenkoya qarşı atıldığını düşünürlər. Dress kodun tətbiqi ilə bağlı fərman Ukrayna hökumətinin rəsmi saytında yerləşdirilib.
Yeni dress-koda əsasən, məmurun ən azı 3 dəst kostyumu olmalıdır və o köynəyini hər gün dəyişməlidir. Xanımlar gödək yubka, şəffaf parçadan dar geyim geyə bilməzlər.
/AFP (Fransa) - HaqqYolu/


Story Code: 39692

News Link :
https://www.islamtimes.org/az/news/39692/ukraynadan-müsəlmanlar-a-dərs

Islam Times
  https://www.islamtimes.org