QR CodeQR Code

İŞİD darmadağın oldu

6 Jul 2014 15:20

IslamTimes - Terroristlərə ən ağır zərbələr İraqın Əl-Ənbar məntəqəsində endirilib.


İraqın Əl-Ənbar rayonunda təhlükəsizlik qüvvələri ilə terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) arasında çıxan qarşıdurmalarda 22 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.
ANS PRESS-in məlumatına görə, Ənbar əməliyyat komandiri general-leytenant Rəşid Felih bildirib ki, Ənbara bağlı əl-Fəllucə mahalının şərq və şimalında ordu birlikləri ilə İŞİD arasında yaşanan qarşıdurmalarda 18 terrorist öldürülüb, 11 terrorist isə yaralanıb. Bundan başqa, “İŞİD”ə aid 5 hərbi vasitənin yandırıldığını da general qeyd edib. Qarşıdurmada İraq ordusunun 3 əsgərinin yaralandığı bildirilir.
Xatırladaq ki, İraq Hərbi Hava Qüvvələri İŞİD-ə endirdiyi zərbələr səbəbindən onların bəzi məntəqələrdən geri çəkilməsinə səbəb olub.


Story Code: 397643

News Link :
https://www.islamtimes.org/az/news/397643/işid-darmadağın-oldu

Islam Times
  https://www.islamtimes.org