QR CodeQR Code

150 İŞİD terrorçusu məhv edildi, İŞİD liderinin qardaşı isə tutuldu

11 Jul 2014 13:15

IslamTimes - İraq ordusunun son bir sutka ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində müxtəlif əyalətlərdə 150 İŞİD terrorçusu məhv edilib.


Deyerler.org-un “İraqNyus”a istinadən verdiyi xəbərə görə, bu açıqlamanı İraq ordusunun sözçüsü Qasim Ata verib.
“Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39, Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, - deyə Qasim Ata bildirib.
Eyni zamanda Cufr əl-Sahar şəhərində də könüllü dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi bildirilib. “Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi bildirilir.


Story Code: 398778

News Link :
https://www.islamtimes.org/az/news/398778/150-işid-terrorçusu-məhv-edildi-liderinin-qardaşı-isə-tutuldu

Islam Times
  https://www.islamtimes.org