0
Friday 11 July 2014 - 13:15

150 İŞİD terrorçusu məhv edildi, İŞİD liderinin qardaşı isə tutuldu

Story Code : 398778
150 İŞİD terrorçusu məhv edildi, İŞİD liderinin qardaşı isə tutuldu
Deyerler.org-un “İraqNyus”a istinadən verdiyi xəbərə görə, bu açıqlamanı İraq ordusunun sözçüsü Qasim Ata verib.
“Son 24 saat ərzində Əl-Anbarda 46, Diyalada 39, Babildə 45 olmaqla ümumilikdə 130 İŞİD terrorçusu məhv edilib”, - deyə Qasim Ata bildirib.
Eyni zamanda Cufr əl-Sahar şəhərində də könüllü dəstələrin dəstəyi ilə 22 terrorçu məhv edilib. Bundan başqa, İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin qardaşının ələ keçirildiyi bildirilib. “Əl-İhbariyə”nin məlumatına görə, Bağdadinin qardaşı Bağdad şəhərində xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun əksər terror əməliyyatlarına komandanlıq etdiyi bildirilir.
Comment