QR CodeQR Code

Şəhidin nəşi yaşıl zolaqdadır?

12 Oct 2010 08:22

IslamTimes - “Həyasız həyasızdır, nə erməni, nə qeyrisi” fikrində olanlar da ermənilərin son bəyanatından duruxub qalıb.


Lider xəbər verir: «Mübariz İbrahimovun meyiti Qarabağ ərazisində deyil» - bunu Azərbaycanda səfərdə olan Erməni İnqilabi Federasiyası - «Daşnaksütyun»-un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan deyib. O, jurnalistlərin Dağlıq Qarabağla bağlı digər suallarını da cavablandırıb. Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların icra olunmaması Ankaranın Dağlıq Qarabağ problemi ilə bağlı ön şərt irəli sürməsi ilə əlaqədardır. «Daşnaksutyun»-un siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşacağına inanır. Erməni nümayəndə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılması məsələsinə də münasibət bildirib. «Ermənistanın mövqeyi belədir ki, meyit yaşıl zonadadır və Azərbaycan tərəfi istənilən vaxt onu götürə bilər». Milli qəhrəmanın meyitin götürülməsi ilə bağlı təhlükəsizlək məsələsinə gəlincə, Manoyan bunun Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid olduğunu deyib. /HaqqYolu/


Story Code: 40025

News Link :
https://www.islamtimes.org/az/news/40025/şəhidin-nəşi-yaşıl-zolaqdadır

Islam Times
  https://www.islamtimes.org