QR CodeQR Code

İsrail rejimi iftar zamanı Qəzzada 20 nəfəri qətliam etdi

22 Jul 2014 01:35

IslamTimes - İsrail rejiminin Qəzzada həyata keçirdiyi qətliam əməliyyatları davam etməkdədir.


Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl-Kudranın açıqlamasına görə, Qəzzada həyatını itirənlərin sayı 573 nəfərə çatıb. Yaralıların sayı isə 3 min 400 nəfər təşkil edir.
Kudra gün ərzində ən kəskin qətliam əməliyyatının iftar zamanı həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 6 mərtəbəli binanın vurulması nəticəsində çoxu qadın və yaşlı olmaqla 20 nəfər həyatını itirib.
Qəzzanın cənubunda bir motoskletin hədəf alınması nəticəsində isə 3 nəfər həyatını itirib. İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi ardıcıl hücumlar nəticəsində bir sutka ərzində ümumilikdə 122 nəfər həyatını itirib.  /Deyerler/


Story Code: 400802

News Link :
https://www.islamtimes.org/az/news/400802/israil-rejimi-iftar-zamanı-qəzzada-20-nəfəri-qətliam-etdi

Islam Times
  https://www.islamtimes.org