0
Tuesday 22 July 2014 - 01:35

İsrail rejimi iftar zamanı Qəzzada 20 nəfəri qətliam etdi

Story Code : 400802
İsrail rejimi iftar zamanı Qəzzada 20 nəfəri qətliam etdi
Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl-Kudranın açıqlamasına görə, Qəzzada həyatını itirənlərin sayı 573 nəfərə çatıb. Yaralıların sayı isə 3 min 400 nəfər təşkil edir.
Kudra gün ərzində ən kəskin qətliam əməliyyatının iftar zamanı həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 6 mərtəbəli binanın vurulması nəticəsində çoxu qadın və yaşlı olmaqla 20 nəfər həyatını itirib.
Qəzzanın cənubunda bir motoskletin hədəf alınması nəticəsində isə 3 nəfər həyatını itirib. İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi ardıcıl hücumlar nəticəsində bir sutka ərzində ümumilikdə 122 nəfər həyatını itirib.  /Deyerler/
Comment