QR CodeQR Code

Adanada İsrail bayrağını yandırdılar

22 Jul 2014 17:08

IslamTimes - İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayının getdikcə artması etiraz dalğalarını artırır.


ANS PRESS-in məlumatına görə, Adananın Mərkəz Seyhan rayonunun "5 Ocak meydanı"nda toplaşan "Kalem" vəqfi üzvləri təravih namazından sonra İsrailin əleyhinə etiraz şüarları səsləndiriblər.
Əllərində Fələstin bayraqları və plakatlar olan qrup İnönü parkı istiqamtində yürüş keçiriblər. israil əleyhinə şüarlar səsləndirən qrup üzvləri parka çatdıqda İsrail bayrağını yandırıblar.
Etirazçıların adından mətbuata çıxış edən Muhamməd Çələbi adlı şəxs göstərilməli ən yaxşı mübarizənin İsrail mallarını boykot etmək olduğunu bildirib.
Qeyd edək ki, Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli həlak olub, 3100-dən çox günahsız isə yaralanıb.


Story Code: 400868

News Link :
https://www.islamtimes.org/az/news/400868/adanada-israil-bayrağını-yandırdılar

Islam Times
  https://www.islamtimes.org