QR CodeQR Code

Eyfel qülləsi “tətilə çıxdı”

12 Oct 2010 20:19

IslamTimes - Parisdəki məşhur Eyfel qülləsinin istismarı ilə məşğul olan şirkətin işçiləri pensiya islahatlarına etirazla bağlı ölkəni bürümüş tətilə qoşulublar.


Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu səbəbdən dünyada ən çox ziyarət edilən abidə sabah səhərə qədər bağlı olacaq.
Aksiyaya Eyfel qülləsinin 300 işçisindən 260 nəfəri qoşulub. Bu gün saat 12:00 radələrində Eyfel qülləsinə gələn ziyarətçilər evakuasiya olunublar və saat 13:50-da işçilər Monparans-Bastiliya meydanı marşrutu ilə hərəkət edən aksiyaçılara qoşulublar. Eyfel qülləsində iş rejiminin səhər saatlarında bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, bu, pensiya islahatlarına etirazla bağlı Fransanı bürüyən 5-ci tətil aksiyasıdır. Yalnız sentyabrın əvvəlində həmkarlar ittifaqlarının keçirdiyi aksiyalarda 3 milyona qədər insan iştirak edib.


Story Code: 40115

News Link :
https://www.islamtimes.org/az/news/40115/eyfel-qülləsi-tətilə-çıxdı

Islam Times
  https://www.islamtimes.org