QR CodeQR Code

Əfqanıstanda beş NATO əsgəri həlak olub

15 Oct 2010 09:42

IslamTimes - NATO nümayəndələri bildiriblər ki, Əfqanıstanda baş verən ayrı-ayrı hücumlar nəticəsində koalisiyanın 5 əsgəri həlak olub.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, yolkənarı bomba partlayışı nəticəsində bir insidentdə NATO-nun üç əsgəri, başqasında isə bir əsgəri həlak olub. Əfqanıstanın şərqində isə yaraqlıların hücumu nəticəsində bir NATO əsgəri öldürülüb. Çərşənbə günü isə 6 NATO əsgəri həlak olub. NATO komandirləri qiyamçılara qarşı hücum əməliyyatlarının intensivləşdiyi bir vaxtda koalisiya qüvvələrinin itkilərinin çoxaldığını bildirir. Təkcə bu ay 35 NATO əsgəri həyatını itirib.


Story Code: 40402

News Link :
https://www.islamtimes.org/az/news/40402/əfqanıstanda-beş-nato-əsgəri-həlak-olub

Islam Times
  https://www.islamtimes.org