0
Friday 15 October 2010 - 09:42

Əfqanıstanda beş NATO əsgəri həlak olub

Story Code : 40402
Əfqanıstanda beş NATO əsgəri həlak olub
Əfqanıstanda beş NATO əsgəri həlak olub
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, yolkənarı bomba partlayışı nəticəsində bir insidentdə NATO-nun üç əsgəri, başqasında isə bir əsgəri həlak olub. Əfqanıstanın şərqində isə yaraqlıların hücumu nəticəsində bir NATO əsgəri öldürülüb. Çərşənbə günü isə 6 NATO əsgəri həlak olub. NATO komandirləri qiyamçılara qarşı hücum əməliyyatlarının intensivləşdiyi bir vaxtda koalisiya qüvvələrinin itkilərinin çoxaldığını bildirir. Təkcə bu ay 35 NATO əsgəri həyatını itirib.
Comment