QR CodeQR Code

İhsanoğlu Ərdoğanı qələbə münasibətilə təbrik etdi

11 Aug 2014 11:10

IslamTimes - Türkiyədəki 10 avqust seçkilərində AKP namizədi Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olmuş Ekmələddin İhsanoğlu öz rəqibini qələbə münasibətilə təbrik edib.


Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müxalifətin vahid namizədi deyib: “Cəmi bir ay qabaq çox az adam məni tanıyırdı. Bu gün isə mənə seçicilərin təxminən 40 faizi səs verib. Bu rəqəm çox mühümdür və göstəricidir. Mən Rəcəb Tayyib Ərdoğanı qələbə münasibətilə təbrik edir, ona bu yolda uğurlar arzu edirəm”. 
Xatırladaq ki, ilkin nəticələrə görə, AKP namizədi səslərin 52, İhsanoğlu isə 39 faizə yaxınını toplayıb.


Story Code: 404136

News Link :
https://www.islamtimes.org/az/news/404136/ihsanoğlu-ərdoğanı-qələbə-münasibətilə-təbrik-etdi

Islam Times
  https://www.islamtimes.org