QR CodeQR Code

ABŞ-da qarşıdurma: 32 nəfər həbs edildi

12 Aug 2014 12:40

IslamTimes - ABŞ-ın Missuri ştatında polis küçə qarşıdurmalarında 32 nəfəri həbs edib.


ANS PRESS-in məlumatına görə, qarışıqlıq polisin silahsız qaradərili yeniyetməni qətlə yetirməsindən sonra başlanıb.
Şəhərin küçələrində qaranlıq düşdükdən sonra soyğunçuluq başlanıb, insanlar avtomobilləri yandırıb. Qarşıdurmaların iştirakçıları həmçinin binanı yandırıblar.
Hadisə Ferqyuson şəhərində, Sent-Luisin şəhər ətrafında əsasən afroamerikalıların yaşadığı ərazidə olub. 18 yaşlı Maykl Braun şənbə günü polislə münaqişədə bir neçə güllə yarası alaraq dünyasını dəyişib. Təxmin olunur ki, onunla hadisə zamanı daha bir kişi də olub.
Federal Təhlükəsizlik Bürosu hadisənin araşdırılmasına başlayıb.


Story Code: 404356

News Link :
https://www.islamtimes.org/az/news/404356/abş-da-qarşıdurma-32-nəfər-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org