0
Tuesday 12 August 2014 - 12:40

ABŞ-da qarşıdurma: 32 nəfər həbs edildi

Story Code : 404356
ABŞ-da qarşıdurma: 32 nəfər həbs edildi
ANS PRESS-in məlumatına görə, qarışıqlıq polisin silahsız qaradərili yeniyetməni qətlə yetirməsindən sonra başlanıb.
Şəhərin küçələrində qaranlıq düşdükdən sonra soyğunçuluq başlanıb, insanlar avtomobilləri yandırıb. Qarşıdurmaların iştirakçıları həmçinin binanı yandırıblar.
Hadisə Ferqyuson şəhərində, Sent-Luisin şəhər ətrafında əsasən afroamerikalıların yaşadığı ərazidə olub. 18 yaşlı Maykl Braun şənbə günü polislə münaqişədə bir neçə güllə yarası alaraq dünyasını dəyişib. Təxmin olunur ki, onunla hadisə zamanı daha bir kişi də olub.
Federal Təhlükəsizlik Bürosu hadisənin araşdırılmasına başlayıb.
Comment