QR CodeQR Code

Freedom House ABŞ-a irad bildirdi

21 Aug 2014 17:16

IslamTimes - "Dünyanın diqqətinin Ferqusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir".


Trend-in "Freedom House" təşkilatının saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda, bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".
Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxlarını həbs edib. /musavat.com/


Story Code: 405950

News Link :
https://www.islamtimes.org/az/news/405950/freedom-house-abş-a-irad-bildirdi

Islam Times
  https://www.islamtimes.org