0
Thursday 21 August 2014 - 17:16

Freedom House ABŞ-a irad bildirdi

Story Code : 405950
Freedom House ABŞ-a irad bildirdi
Trend-in "Freedom House" təşkilatının saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda, bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".
Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxlarını həbs edib. /musavat.com/
Comment