QR CodeQR Code

Poroşenko Merkel ilə görüşü zamanı sülh barədə danışıqlar aparmaq niyyətindədir

22 Aug 2014 12:14

IslamTimes - Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Minskdə keçiriləcək görüşdə ölkənin şərqində sülhə nail olmaq üçün danışıqlar aparmaq niyyətindədir.


APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Poroşenko ötən gün Nikolayev şəhərində çıxışı zamanı AB-nin üç nümayəndəsi ilə birlikdə Minskə sülh barədə danışıqlar aparmaq üçün səfər edəcəyini qeyd edib.  
Poroşenkonun sözlərinə görə, o, görüşdə Rusiya yönümlü silahlıların Ukraynadan çıxarılmasını tələb edəcək. “Ukrayna sülh istəyir, bütün dünya artıq münaqişələrdən yorulub”, deyə o bildirib.   
Qeyd edək ki, avqustun 26-da Ukrayna, Rusiya, Belarus, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin görüşü keçiriləcək.  
Tədbir çərçivəsində Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü gözlənilir.


Story Code: 406090

News Link :
https://www.islamtimes.org/az/news/406090/poroşenko-merkel-ilə-görüşü-zamanı-sülh-barədə-danışıqlar-aparmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org