QR CodeQR Code

ABŞ ordusu yeni rüsvayçılıqla üzləşib

IRIB , 17 Oct 2010 18:10

İslamtimes - İraqdakı amerikalı hərbiçilərin cinayətlərini ifşa edən ən yeni sənəd yayılıb.
Belə ki, İraq vətəndaşlarına qarşı işgəncə və təhqiramiz rəftarları üzərində əks etdirən bir neçə videoçarx yayımlanıbdır.


Aldığımız məlumata əsasən, ABŞ-ın Əfqanıstanda törətdiyi rüsvayçılıqlardan minlərlə sənədi yaydıqdan sonra, Vicy Liks internet saytı bu dəfə həbsdə olan iraqlıların təhqir olunmasını göstərən bir neçə videoçarxı öz veb səhifəsində yerləşdirib.

Vicy Likes bu videoçarxları keçmiş amerikalı zabit Atan Mak Kordon blokundan götürdüyünü iddia edir.

Bu ilk dəfə deyil ki, Mak Kord öz həmkarlarının zorakılığını ifşa edir. O, keçən ay dostlarının iraqlıları təhqir etməsi haqda ifadə vermişdi.

Videoların birində iraqlı şəxs gözü bağlı olduğu halda bir amerikalı hərbiçinin qarşısında ağlayır. Lakin amerikalı dəniz piyadası onu təhqir eədərk həbslə hədələyir.

Başqa videoda isə bir hərbiçi iraqlı məhbusları təhqir əlaməti olaraq döyür və sonra uca səslə oxuyur.

Başqa videolarda isə İraq vətəndaşlarını işgəncə etməklə hərbiçilərin əyləndiyi göstərilir.


Story Code: 40697

News Link :
https://www.islamtimes.org/az/news/40697/abş-ordusu-yeni-rüsvayçılıqla-üzləşib

Islam Times
  https://www.islamtimes.org