QR CodeQR Code

Milan 2015-2016 Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

19 Sep 2014 19:52

IslamTimes - 2015/16 mövsümündə avrokubokların həlledici oyunlarının tarixi və yeri müəyyənləşib.


Apasport.az saytının məlumatına görə, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.
2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.
Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob Park” stadionunda təşkil olunacaq.
UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu matça Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma “Lerkendal” stadionunda oynanılacaq.


Story Code: 410486

News Link :
https://www.islamtimes.org/az/news/410486/milan-2015-2016-çempionlar-liqasının-finalına-ev-sahibliyi-edəcək

Islam Times
  https://www.islamtimes.org