QR CodeQR Code

Nümayişlər Fransanı iflic etdi!

21 Oct 2010 08:21

IslamTimes - Fransa prezidenti Nikola Sarkozi polisə yanacaq anbarlarına qoyulmuş blokadanı yarmağı əmr edib.


Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Artıq bir neçə gündür ki, nümayişçilər pensiya islahatlarına qarşı etiraz edirlər. Daxili işlər naziri Brays Hortefö polisin dünən gecə üç deponu azad etdiyini bildirib. Etiraz aksiyaları Fransanın yanacaqdoldurma məntəqələrinin üçdə birinə təchizatı dayandırıb. Dünən Paris küçələrində çox sayda adam pensiya yaşının 60 yaşından 62 yaşına qaldırılmasına etiraz edib. CGT Həmkarlar İttifaqı ölkəboyu keçirilən nümayişlərə 3.5 milyon adamın qatıldığını bildirir. Etirazlar hava və qatar nəqliyyatında fasilələr yaradıb. Nümayişlər Fransanı iflic edib.


Story Code: 41105

News Link :
https://www.islamtimes.org/az/news/41105/nümayişlər-fransanı-iflic-etdi

Islam Times
  https://www.islamtimes.org