0
Thursday 21 October 2010 - 08:21

Nümayişlər Fransanı iflic etdi!

Story Code : 41105
Nümayişlər Fransanı iflic etdi!
Nümayişlər Fransanı iflic etdi!
Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Artıq bir neçə gündür ki, nümayişçilər pensiya islahatlarına qarşı etiraz edirlər. Daxili işlər naziri Brays Hortefö polisin dünən gecə üç deponu azad etdiyini bildirib. Etiraz aksiyaları Fransanın yanacaqdoldurma məntəqələrinin üçdə birinə təchizatı dayandırıb. Dünən Paris küçələrində çox sayda adam pensiya yaşının 60 yaşından 62 yaşına qaldırılmasına etiraz edib. CGT Həmkarlar İttifaqı ölkəboyu keçirilən nümayişlərə 3.5 milyon adamın qatıldığını bildirir. Etirazlar hava və qatar nəqliyyatında fasilələr yaradıb. Nümayişlər Fransanı iflic edib.
Comment