QR CodeQR Code

İsrail əsgərləri özlərini öldürməyə başlayıb

30 Sep 2014 18:43

IslamTimes - Qəzzaya qarşı müharibədə iştirak etdikləri üçün israilli əsgərlər özlərinə qəsd ediblər.


Qəzzaya qarşı 50 günlük müharibədə iştirak edən İsrail əsgərləri psixoloji problem yaşadıqları üçün özlərini öldürməyə başlayıblar.
İnterAz-ın məlumatına görə, bu barədə İsrailin “Daily Maariv” qəzeti dünən məlumat dərc edib.
Məlumatda deyilir ki, İsrailin Qəzzaya qarşı apardığı müharibədə “Qolani” briqadasının tərkibində döyüşən 3 əsgər 50 günlük müharibədə psixoloji travma aldıqları üçün öz həyatlarına qəsd ediblər. Onlardan ikisi Qəzzayla sərhədyanı ərazidə, biri isə İsrailin mərkəzi hissələrdə özlərinə qarşı sui-qəsd həyata keçiriblər.
İsrail hərbi polisi faktla bağlı araşdırmalara başlayıb.
Ordu rəsmiləri isə hələlik faktla bağlı heç bir açıqlama verməyiblər.
Məlumat üçün bildirək ki, 2013-cü ildə 8 İsrail əsgəri psixoloji problemlər yaşadığı üçün intihar ediblər.


Story Code: 412538

News Link :
https://www.islamtimes.org/az/news/412538/israil-əsgərləri-özlərini-öldürməyə-başlayıb

Islam Times
  https://www.islamtimes.org