QR CodeQR Code

ABŞ-ın husilərə təzyiqi artırmaq planı

Nur.az , 2 Oct 2014 14:36

Islamtimes - “Rəy əl-Yəvm” qəzeti Yəmən hadisələri barədə yazır: Ölkədəki husilərin ikinci inqilabının qələbə çalması ilə əlaqədar Amerika Yəməni sanksiyalarla təhdid etmişdir.


Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, ABŞ rəsmi bəyənat verərək iddia edib ki, husilərin Yəmən hakimiyyəti və dövlətini əldə etmək səlahiyyətləri yoxdur. Yəmən xalqı bilməlidir ki, əgər husilər iş başına gəlsə və Yəmənin siyasi gələcəyində rol oynasalar, Yəmən və ölkə əhalisi Amerikanın sanksiyaları ilə qarşılaşacaqlar.

Rəy əl-yəvm qəzeti əlavə edib: Amerika Yəmən xalqına müraciət edib ki, ölkə prezidenti Əbdurəbbihə etiraz etməsinlər və ölkədəki dövlətin ləğv edilməsi üçün təzyiq göstərməsinlər.
Amerika husilər və Yəmənin hazırkı rejimi arasında imzalanmış razılaşmada təhlükə hiss edib və husilərin Yaxın Şərqin cənub-qərbinə bir təhdidə çevrildiyini iddia edib.
Bu arada Türkiyə mediası məlumat verib ki, ABŞ və Səudiyyə Ərəbistanının yüksək rütbəli təhlükəsizlik xəfiyyələri Nyu-Yorkda məxfi iclas keçirmişlər. İclasın mövzusu Yəməndə husilərlə mübarizə aparmaq olub.


Story Code: 412879

News Link :
https://www.islamtimes.org/az/news/412879/abş-ın-husilərə-təzyiqi-artırmaq-planı

Islam Times
  https://www.islamtimes.org