QR CodeQR Code

Əliyevlə Sərkisyan yenidən bir arada

23 Oct 2010 07:13

IslamTimes - Oktyabrın 27-də keçiriləcək görüşdə Medvedev də iştirak edəcək


Azərbaycan və Ermənistan prezidentləri Qarabağ probleminin həlli ilə bağlı danışıqlar çərçivəsində yenidən bir araya gələcəklər.
Rusiya prezidenti Dmitri Medvedyevin də iştirak edəcəyi görüş oktyabrın 27-də Həştərxanda olacaq.
Ermənistan prezident administrasiyası mətbuat müşavirliyindən verilən açıqlamaya görə, görüşdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlər müzakirə ediləcək.
Görüş öncəsi verdiyi açıqlamada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ probleminin bölgənin sabitliyi və əmin-amanlığı üçün təhlükə yaratdığını deyib.
Məmmədyarov Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının konkret təcavüz kimi dəyərləndiriləcəyini söyləyib. Xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduqlarını vurğulayıb.
ATƏT-in qiymətləndirmə missiyasının işğal olunmuş bölgələrə səfərlə bağlı hesabatının tərəfsiz olmasını gözlədiklərini deyən Məmmədyarov sülh prosesini tərk etmə niyyətinin olmadıqlarını və müzakirələrə davam edəcəklərini açıqlayıb. /trt/


Story Code: 41340

News Link :
https://www.islamtimes.org/az/news/41340/əliyevlə-sərkisyan-yenidən-bir-arada

Islam Times
  https://www.islamtimes.org