QR CodeQR Code

Pekində Kerri ilə Lavrov arasında görüş keçiriləcək

8 Nov 2014 06:29

Noyabrın 8-də Pekində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.


APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bildirib. “Sabah dövlət katibinin Sergey Lavrovla görüşü nəzərdə tutulub. Əlbəttə ki, onlar Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər”, deyə Psaki bildirib. Kerri ilə Lavrov arasında görüş noyabrın 9-dan 11-dək Pekində keçiriləcək ATES-in (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) növbəti sammiti ərəfəsində baş tutacaq.


Story Code: 418449

News Link :
https://www.islamtimes.org/az/news/418449/pekində-kerri-ilə-lavrov-arasında-görüş-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org